15 hərbçinin öldüyü yanğın yerinin yeni görüntüləri yayılıb.
Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV-lərində məlumat dərc edilib.
Məlumata görə, yanğında ölən snayper qrupu hərbi hissədə yox, sözügedən kənddə yerləşən şəraitsiz birmərtəbəli “evdə” qalıblar: “Soba yeganə çıxış qapısının yanında olub. Əsgərlərdən biri sobanı yenidən yandırmaq üçün 5 litrlik qabda benzin gətirib. Onun sönməkdə olan alovun üzərinə benzin tökməsi nəticəsində qəfil yanğın baş verib”.
Bundan əlavə, hərbçilərin niyə kazarmalarda deyil, şəraitsiz fərdi yaşayış evlərində qalması da suallar yaradıb. /Unikal/