Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib.
Yenicag.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, vəfat edən polislərdən biri – 35 yaşlı Elmir Əsgərov Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA sabiq prezidenti Ramiz Mehdiyevin toy qalmaqalına görə həbs olunan kürəkəni İlham Əliyevin (Əli-Səftər) yaxın qohumudur.
Qeyd edək ki, Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları – 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərov kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.