Ölənlər arasında azərbaycanlı var? – Baş konsuldan açıqlama

“Hadisə yerindən əldə edilən ilkin məlumatlara görə, Sankt-Peterburqda metro stansiyalarındakı partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

“Müvafiq xidmətlərlə əlaqədəyik və yeni məlumat olacağı təqdirdə xəbər veriləcək”, – S.Qasımov bildirib. O, hadisə yerində istintaq qrupunun işlədiyini vurğulayıb.

Yeniçağ.az