Xəbər verdiyimiz kimi, Yaponiyanın cənub-qərbində 6.4 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində ölən insanların sayı 9 nəfərə çatıb. Azı 860 nəfər yaralanıb.
Yaralıların 3 böyük xəstəxanaya yerləşdirildiyi bildirilir. O da qeyd edilir ki, zəlzələ nəticəsində Maşiki şəhərində 20 evə ziyan dəyib.