“Olimpiakos”a ağır cəza

Yunanıstanın “Olimpiakos” klubu sərt cəzaya məruz qalıb.

Yenicag.az xəbər verir ki, Afina təmsilçisinin azarkeşlərinin AEK-lə ev  (1:2) oyununda meydana çıxaraq pirotexniki vasitələrdən istifadə etməklə yanaşı, reklam lövhələrini sındırması kluba baha başa gəlib.

Nəticədə Yunanıstan Futbol Federasiyası “Olimpiakos”un 3 xalını silib. Bundan başqa, “Olimpiakos” növbəti iki ev oyununu azarkeşsiz keçirəcək. Klub eyni zamanda 90 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, hazırda “Olimpiakos” lider PAOK-dan 9 xal geridə qalaraq 40 xalla 3-cü pillədə qərarlaşıb.

COP29