Azərbaycanın daha bir ağırlıqqaldıranı Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə medal qazanıb.
Azərbaycan Ağır Atletika Federasiyasından Yenicag.az-a verilən məlumata görə, 67 kq çəki dərəcəsində çıxış edən Tehran Məmmədov birdən qaldırmada 126 kq-ı ram edərək, bu hərəkətdə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
İdmançı təkanla qaldırmada 147 kq nəticə ilə həm bu hərəkətdə, həm də toplamda 273 kq (126+147) ilə 4-cü pillədə qərarlaşıb.
Daha əvvəl qadınlardan Nazilə İsmayılova 3 bürünc medal əldə edib. 49 kq-da yarışan idmançı həm birdən, həm təkanla qaldırma, həm də toplamda ikinci yeri tutub.
Qeyd edək ki, 17-dək davam edəcək yarışda 16 ölkədən 72 atlet qüvvəsini sınayır.