Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Olimpiya çempionumuzun vurduğu qadın öldü - Video,Foto

Reklam: Sinerji Pro

İyulun 20-də Bakının Yasamal rayonunun ərazisində həndbol üzrə olimpiya çempionu Lyudmila Şubinanın idarə etdiyi avtomobillə vurduğu qadın dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində komaya düşən Ülkər Məmmədova cəmi 5 gün yaşaya bilib.

Qeyd edək ki, hadisə zamanı mərhumun həyat yoldaşı Namiq Məmmədov və 3 yaşlı uşağı Hüseyn də xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, 68 yaşlı Lyudmila Şubina, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarının qalibi olub.

Bakıda dəhşətli qəza. Olimpiya çempionumuz bir ailəni maşınla vurduYasamal rayonunda bir ailənin üzvünü maşın vurub. Hadisə Füzuli küçəsində qeydə alınıb. Gəncədən Bakıya qonaq gələn Namiq Məmmədov həyat yoldaşı 29 yaşlı Ülkər Məmmədova və 3 yaşlı uşaqları Hüseyni 68 yaşlı Lyudmila Şubina idarə etdiyi Honda markalı avtomobillə vurub. Hadisədən sonar sürücü özü yaralıları xəstəxanaya çatdırıb. Həkimlər Ülkər və oğlunun vəziyyətini ağır kimi qiymətləndirib. Namiq Məmmədov isə ilkin tibbi yardımdan sonar amblator müalicəyə buraxılıb. Sürücünün ifadəsini polis alandan sonar sərbəst buraxıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar araşdırmalara başlanılıb. Qeyd edək ki, 68 yaşlı Lyudmila Şubina, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.

Gepostet von Yeniçağ.Az TV am Mittwoch, 19. Juli 2017

Yenicag.az

www.yenicag.az

462
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM