!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Olimpiya mükafatçımıza şok cəza

!Reklam – Yazi

Beynəlxalq Kanoe Federasiyası (ICF) Azərbaycanın olimpiya mükafatçasını cəzalandırıb.

Yenicag.az xəbər verir ki, söhbət “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İnna Osipenko-Radomskayadan gedir.

2014-cü ildən Azərbaycanın şərəfini qoruyan ukraynalı kanoeçi anti-dopinq qaydalarını pozduğuna görə, 4 il müddətinə cəzalandırılıb.

Bu barədə məlumat ICF-in rəsmi saytında dərc olunub.

Bildirilir ki, sentyabrda 36 yaşı tamam olacaq Osipenko-Radomskaya 2018-ci ilin mayında yarışdankənar dopinq testindən keçməkdən imtina etdiyi üçün belə bir cəzaya “layiq görülüb”.

www.yenicag.az

1119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv