Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Olimpiya mükafatçısına növbəti şans verildi

Reklam: Sinerji Pro

Mayın 2-də Serbiyanın Novi Sad şəhərində start götürəcək Avropa çempionatı üçün Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının heyəti açıqlanıb.

Yeniçağ.az-ın məlumatına görə, heyət Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun iştirakı ilə Olimpiya Güləş Mərkəzindəki bugünkü məşqdən sonra elan edilib. Beləliklə, çempionatda yığmanın böyük məşqçisi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Taleh Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), Həsən Əliyev (71 kq), Ruhin Mikayılov (75 kq), Emin Əhmədov (80 kq), Arif Niftullayev (85 kq), Araz Həsənov (98 kq) və Oyan Nəzəriani (130 kq) mübarizə aparacaq.

Proqrama əsasən, çempionatın son 2 günündə – mayın 6-da 59 kq, 66 kq, 98 kq və 130 kq, son yarış günündə isə 71 kq, 75 kq, 80 kq və 85 kq çəkili yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, olimpiiadanın bürünc mükafatçısı Emin Əhmədov zədəsi üzündən bir müddət idi ki, yarışlardan uzaq qalmışdı.

Olimpiya Güləş Mərkəzindəki hazırlıq prosesində İraq və Gürcüstandan olan güləşçilər də iştirak edir.

Yeniçağ.az

Loading...

www.yenicag.az

583