Olimpiya Oyunları bu şəhərlərdə keçiriləcək

2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunlarının keçiriləcəyi şəhərlərin adları məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Perunun paytaxtı Lima şəhərində bu gün keçirilən sessiyasında qərar qəbul olunub. Qərara əsasən 2024-cü il Yay Olimpiya Oyunları Parisdə, 2028-ci il Olimpiadası isə Los-Ancelesdə baş tutacaq.

Məlumatı BOK-un prezidenti Tomas Bax da təsdiqləyib.