Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Yaponiyanın paytaxtı Tokioda keçirilən iclasında Olimpiya Oyunlarınım şüarı dəyişdirilib.
Yenicag.az xəbər verir ki, yeni şüar IOC prezidenti Tomas Bax tərəfindən təklif edilib.
Olimpiya şüarı belə səslənəcək: “Birlikdə – daha sürətli, daha yüksək və daha güclü!”.
Daha əvvəl isə birlikdə sözü mətndə yer almayıb. Tomas Bax şüarın dəyişdirilməsini əlamətdar hadisə hesab edib.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda keçiriləcək.
www.yenicag.az