Olimpiya Oyunlarının şüarı dəyişdirildi – SƏBƏB

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Yaponiyanın paytaxtı Tokioda keçirilən iclasında Olimpiya Oyunlarınım şüarı dəyişdirilib.

Yenicag.az xəbər verir ki, yeni şüar IOC prezidenti Tomas Bax tərəfindən təklif edilib.

Olimpiya şüarı belə səslənəcək: “Birlikdə – daha sürətli, daha yüksək və daha güclü!”.

Daha əvvəl isə birlikdə sözü mətndə yer almayıb. Tomas Bax şüarın dəyişdirilməsini əlamətdar hadisə hesab edib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda keçiriləcək.