!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Olimpiya stadionu açılışa hazırdır-Foto

!Reklam – Yazi

img1834119Bir neçə saatdan sonra dünyanın diqqəti Odlar Yurdu Azərbaycanın paytaxtı Bakıya yönələcək. Tarixdə ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi məhz Bakı Olimpiya Stadionunda keçiriləcək. Qitənin 6 mindən artıq idmançısını ağuşuna alacaq 68 minlik tamaşaçı tutumuna malik arenada atletlərlə yanaşı, tamaşaçılar da ilk Avropa Oyunları həyəcanının bir parçasına çevriləcək.

Bakı Olimpiya Stadionun tikintisinə 2011-ci il iyunun 6-da başlanılıb. Təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, FIFA və UEFA prezidentləri Yozef Blatter və Mişel Platini iştirak ediblər. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri ilə yanaşı, “Bakı-2015”-in proqramına daxil olan atletika yarışları da məhz bu stadionda keçiriləcək.

Müasir arxitektura üslubu, əzəməti ilə seçilən Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutur. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Təxminən 50 hektar ərazini əhatə edən stadion 6 mərtəbədən ibarətdir. Əsas və köməkçi stadionlardan ibarət olacaq arenada VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var.

Olimpiya normativlərinə əsasən, 3100 yerlik avtomobil parkı inşa edilib. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Arenanın layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir (Azərtac)

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv