Sloveniyanın “Olimpiya” komandasının baş məşqçisi Joao Enrike Bakıda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransına qatılmayıb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün ardından junalistlər önünə çıxmaqdan imtina edib.
Qeyd edək ki, Lyublyanadakı ilk matçda 2:0 hesablı qələbə qazanan “Qarabağ” Avropa Liqasının qrupuna yüksəlib. “Olimpiya” isə mübarizəni UEFA Konfrans Liqasının qrupunda davam etdirəcək.