!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oliqarx məmurlar Prezidentin bu məcəlləni imzalamasına qarşı çıxırlar

!Reklam – Yazi
Əliməmməd Nuriyev: “Rəqabət Məcəlləsi” qəbul edilməli, ümumiyyətlə, iqtisadi və siyasi islahatlar paralel aparılmalıdır”

Bildiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev  ölkədə şəffaflığın artırılması üçün son günlər bir sıra vacib addımlara imza atdı. Sahibkarlıq subyektlərinin həddən artıq yoxlanılmasına son qoyuldu, ardınca iki il müddətinə onların yoxlanılmasına ümumiyyətlə moratorium qoyuldu. Digər tərəfdən, insanlar artıq heç bir gömrük rüsumu ödəmədən xaricdən 10 min manata qədər mal gətirmək imkanı əldə etdi.

Bu addımları başlanılan prosesin davamlı olacağını və digər sahələri də əhatə edəcəyini düşünməyə əsas verir.

Görəsən, prezident daha hansı sahələrdə yeniliklər etməlidir?

Yenicag.az-a açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bu istiqamətdə “Rəqabət Məcəlləsi”nin qəbulunu vacib saydı: “Prezidentin siyasi iradəsinin  nəticəsidir ki, hazırda müxtəlif  sahələrdə islahatlar davam edir və daha da dərinləşir. Lisenziya növlərinin, onların sayının azaldılması, bu istiqamətdə proseduraların sadələşdirilməsi, şəffaflığın artırılması ilə bağlı prezident tərəfindən verilən fərman biznes mühitinin yaxşılaşdırılması sahəsində atılan mühüm addımdır.  Yoxlamaların iki illiyə dayandırılması, gömrük orqanlarının liberallaşdırılması, fiziki şəxslərin rüsum ödəmədən xaricdən gətirdikləri əşyaların dəyərinin 10 min manata çatdırılması da biznes mühitinin yaxşılaşdırılmasına əlavə dəstək olacaq. Bir çox xidmət sahələrinin “ASAN xidmət” vasitəsilə həyata keçirilməsilə bağlı verilən fərmanlar da həm biznes mühitinin yaxşılaşmasına, həm də istisadi islahatların daha da genişlənməsinə, həm də sosial sahədə vətəndaşlara daha yaxşı və keyfiyyətli xidmət göstərilməsinə yönəlik addımlardır.  İqtisadi sahədə aparılan bu islahatlar davamlı xarakter daşımalıdır.  Əminəm ki, yaxın zamanlarda  lisenziya və yoxlamalar haqqında qanun qəbul olunacaq.  Ən başlıcası tezliklə “Rəqabət Məcəlləsi”nin qəbul  edilməsinin şahidi olmalıyıq.  Onun qəbulu daha vacibdir, monopoliyanın aradan qaldırılması həmin məcəllənin qəbulunu zəruri edir. O baxımdan düşünürəm ki, iqtisadi islahatlarla paralel, onların təmin edilməsini şərtləndirən institusional dəyişikliklərin edilməsi də baş verməlidir. Lisenziyaların ancaq bir orqan tərəfindən verilməsi bu istiqamətdə olan korrupsiyanın  minimuma endirilməsinə gətirib çıxaracaq.  Tezliklə struktur dəyişikliklərinin də şahidi olmalıyıq, ayrı-ayrı nazirliklər, yaxud mərkəzi icra orqanlarının sayında da ixtisarlar aparılmalıdır. Bütün atılması vacib bu addımların reallaşması biznes mühitinə müdaxilənin zəiflədilməsinin göstəriciləri olacaq”.

Həmsöhbətimiz onu da vurğuladı ki, iqtisadi və siyasi islahatlar paralel aparılmalıdır: “Dövlətin, cəmiyyətin davamlı inkişafı bu islahatların paralel aparılmasını vacib edir. Çünki, iqtisadi islahatlar siyasi, siyasi islahatlar da iqtisadi islahatların səbəbi və şərtidir. Düşünürəm ki, hökumətin məsuliyyətinin artırılması istiqamətində siyasi islahatlar aparılmalıdır.  Çünki yeni situasiya eyni zamanda, məsuliyyətli hökumət tələb edir.  Növbəti addımlardan biri kimi parlamentin bu proseslərdə rolu artırılmalıdır.  Növbəti addımlardan biri dövlət satınalınmaları istiqamətində olmalıdır.  Güman edirəm ki, sadaladığım bu istiqamətlər üzrə də islahatlar davam edərək, daha da dərinləşəcək. Çünki, ölkənin dayanıqlı inkişafı bu addımların atılmasını vacib edir”.

ELÇİN

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv