!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oliqarx nazir müavini və oğlu… – Zavodda partlayış, 100 milyonluq biznes və avto kolleksiya – Foto

!Reklam – Yazi

53439İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan “Araz” zavodunda baş vermiş partlayış ölkə gündəminin əsas mövzularından biridir. Hadisə nəticəsində 2 nəfər həyatını itirib, çoxlu sayda yaralananlar var. Dövlətə külli miqdarda maddi ziyan dəyməsinə də şübhə yoxdur.

Hadisənin hansı səbəbdən baş verməsindən asılı olmayaraq, zavodda təhlükəsizliyin lazımı səviyyədə təmin edilmədiyi faktı danılmazdır. Nəzərə alsaq ki, partlayışın zavodda istehsal olunan hərbi sursatların, mərmilərin qorunduğu anbarda baş verdiyi bildirilir, buranın təhlükəsizliyinin necə qorunduğu sualı ikiqat aktuallıq kəsb etməyə başlayır. Yəqin ki, istintaq bu sualı Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə ünvanlayacaq və ictimaiyyətə də bu barədə məlumat veriləcək.

Hadisələri qabaqlayıb, kimisə ittiham etmək niyyətində olmasaq da, Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki zavodlarda təhlükəsizliyə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyinə dair iddiaların ortaya çıxdığını da qeyd etməliyik.

Bununla bağlı “AzPolitika.info”nun elektron poçtuna daxil olan məktubda bildirilir ki, nazir Yavər Camalov MSN-nin tabeliyindəki zavodlarda təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirir. Bunun üçün lazımı miqdarda vəsait ayrılmasını təmin edir. Ancaq nazir müaviniYəhya Musayev, bu vəsaitin heç də hamısını təyinatı üzrə sərf etmir. Buna görə də keyfiyyətsiz avadanlıqlar alınır.

Məktub müəlifi partlayışın baş vermə səbəbinin də bununla bağlı olduğunu istisna etmir. Yahya Musayevin əlindəki imkanlardan istifadə edib bunu gizlətməyə çalışacağını iddia edir.

Məktub müəllifi nazir müavininin məhz təhlükəsizlik və digər istiqamətlərə ayrılmış pullardan “qənaət” edərək, böyük kapitala və biznesə sahib olduğunu bildirir: “Bunu oğlu Elvin Musayevin dəyəri 100 minlərlə ölçülən, ümumi dəyəri milyonlarla təşkil edən son model avtomobil kolleksiyası da sübut edir (ona aid olduğu iddia edilən avtomobillərin fotoları aşağıda verilir- müəl.)”.

Elvin Musayevə məxsus bütün avtomobillərin dövlət nömrə nişanlarının “123”-lə bitdiyini qeyd edən mənbə, siyahıya onun 100 min dollara aldığı telefon nömrəsini də əlavə edib.

“Bundan əlavə Elvin Musayev Azərbaycanın və Avropanın ən bahalı restoranlarında, otellərində 100 minlərlə dollar pul xərcləyir. Hətta bir gecədə 150 min dollarlıq şampan sifariş edərək, əyləncə üçün gənc qızların üzərinə töküb” – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Elvin Musayev “facebook” hesabını da (profil URL) “elvin 123″ kimi qeydiyyata aldırıb. Və burada özünün müxtəlif ölkələrdə çəkilmiş çoxsaylı şəkillərini yerləşdirib. (bir hissəsi aşağıda verilib-müəl.)

Məlumatda diqqət çəkən məqamlardan biri də, Musayevlərin nazirlikdən qazandığı pulların bir hissəsi ilə böyük ailə bisnesi qurmaları ilə bağlıdır. Belə ki, Azərbaycanda öz fəaliyyətinə 2011-ci ildə başlamış “RETEMS GROUP” şirkətlər qrupunun da Yəhya Musayevə məxsus olduğu bildirilir .

Qeyd edək ki, “RETEMS GROUP” tərkibində bir neçə altbölümü birləşdirərək, qida məhsullarının idxalı və ixracı, tikinti, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı, tekstil, logistika və nəqliyyat xidmətləri sahəsində çalışır.

Biznesin müxtəlif istiqamətlərində fəaliyyət göstərən “RETEMS GROUP”un şirkətləri yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində fəaliyyət göstərir. Bu məqsədlə şirkətin xaricdə də çoxlu əməkdaşları işləyir. “RETEMS GROUP”un rəsmi saytındakı məlumatlara əsasən onun illik dövriyyəsinin 100 milyonlarla dollarla ölçüldüyünü söyləmək olar (http://retemsgroup.com/ru/contact/).

Bundan əlavə Yəhya Musayevin Türkiyədə də 100 milyonlarla dəyəri olan böyük biznes qurduğu bildirilir. Bu biznesin idarəçiliyini isə nazir müavininin İlqar adlı qaynı həyata keçirir.

Qeyd edək ki, Yəhya Musayevlə bağlı bu səpgili məlumatlara bundan əvvəl də rast gəlinib. Mətbuatda onunla bağlı yayılan məlumatlarda nazirliyə alınan avadanlıqların qiymətlərini süni şəkildə şişirtdiyinə, nazirliyin tabeliyində olan zavodların istehsal etdiyi məhsulların satışından əldə olunan gəlirin bir hissəsini öz məqsədlərinə yönəltdiyinə dair iddialar var.

Məlumata görə, müdafiə sənayesinin inkişafını təmin etmək, zavodların büdcəyə və banklara olan borclarını dondurmaq üçün dövlət başcısı tərəfindən verilən sərəncamdan Müdafiə Sənayesi Nazirliyinin bəzi rəhbər şəxsləri sui-istifadə edirlər: “Bu sərəncam demək olar ki, zavodları maliyyə böhranından çıxararaq, istehsal müəssisələri qurmaq üçün münbit şərait yaradırdı. Təəssüf ki, nazirliyin rəhbərliyi bu imkandan başqa məqsədlər üçün istifadə etdi. Nazirliyin göstərişi ilə MSN-in tabeliyində olan bütün zavodlar böyük məbləğlərdə kredit götürüblər. Həmin kreditlərin 70-80 faizi nağdlaşdırılaraq nazirliyin rəhbərliyinə rüşvət olaraq verilib. Zavodlar alınmış kreditlərin rüşvət hissəsini silmək məqsədilə guya təmir işlərinin aparıldığı haqda saxta sənədlər hazırlayıblar. Həmin sənədlərdə sexlər yerləşən binaların damlarının əsaslı təmir olunduğu da göstərilir. Halbuki, yağış yağan kimi, sexlərdə bütün avadanlıqlar su altında qalır. Bu da onu göstərir ki, həmin vəsaitlər təmir-tikinti adı ilə mənimsənilib». (“Reytinq” qəzeti, noyabr 2015)

Məlumatlarda bütün bu işlərdə əsas fiqur kimi nazir müavini Yahya Musayevin adı hallanır.

Bu məlumtların nə qədərinin doğru olduğunu söyləmək, əlbəttə, çətindir. Ancaq Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan “Araz” zavodunda baş vermiş partlayışın səbəbləri araşdırılarkən, istintaqın bu iddiaları da nəzərdən qaçırmayaçağına inanırıq.

Eyni zamanda qeyd olunanlarla bağlı Müdafiə Sənayesi Nazirliyinin və şəxsən nazir müavini Yahya Musayevi dinləməyə, mövqeyini işıqlandırmağa hazırıq.

 

www.yenicag.az

1805
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv