Britaniyanın xüsusi xidmət orqanları kəşfiyyatın Kremllə yaxınlıqları olduğunu hesab etdiyi rusiyalı iş adamlarına təzyiqi gücləndirmək niyyətindədirlər.
Yenicag.az xəbər verir ki, siyahıya Roman Abramoviç, Alişer Usmanov, Oleq Deripaska, həmçinin Boris və Arkadi Rotenberqlər daxil edilib.
Mənbə bildirir ki, siyahı baş nazir Tereza Meyə təqdim olunub və xanım Mey onu təsdiq edib. İndi London sənədin müttəfiq ölkələrin xüsusi xidmət orqanlarına ötürülməsinə hazırlaşır.
Qəzetin Britaniya hökumətindəki mənbəyi dəqiqləşdirir ki, adı çəkilən şəxslərin Böyük Britaniyada və başqa ölkələrdə sərbəst hərəkət etmələrinə və iş görmələrinə məhdudiyyətlər qoyulacağı planlaşdırılır. Bu kampaniyanın QRU-nun keçmiş əməkdaşı Sergey Skripalın və qızının zəhərlənməsinə cavab addımı olacağı deyilir./Unikal.org/