“Ölkə.Az” 7 yaşını qeyd edir

Bu gün “Ölkə.Az” xəbər agentliyi 7 yaşını qeyd edir.

Agentlik 2014-cü ildə aktiv media resurslarının siyahısına qatılıb. Fəaliyyətə başladığı ilk günündən etibarən kollektivimiz Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan ən son yenilikləri operativ şəkildə oxuculara çatdırmağa səy göstərir.

Saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazılar dərc olunmaqla bərabər, dünyada baş verən maraqlı xəbərlər də işıqlandırılır.

Qeyd edək ki, “Ölkə.Az” Xəbərlər və İnformasiya nominasiyası üzrə 2015-ci ildə həm “Netty”, həm də “MilliNet” mükafatlarının qalibi olub. Bundan əlavə, 2015-ci ilin sentyabr ayından “Azərbaycan Mətbuat Şurası”nın üzvüdür. Həmçinin “Ölkə.az” Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqədə 96 veb-sayt arasında qaliblərdən biri olub.

Yenicag.az kollektivi “Ölkə.Az”da çalışan həmkarlarını təbrik edir, onlara işlərində uğurlar arzulayır!