!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Ölkə başçımızın sözlərini milyonlara dəyişmərəm" - Rəşad Sadıqov

!Reklam – Yazi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə “Qarabağ” klubunun heyətini qəbul etdiyini xəbər vermişdik.

Ölkə başçısı görüş zamanı Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqovun oyunundan xoşu gəldiyini bildirərək, təcrübəli müdafiəçiyə karyerasını davam etdirməyi məsləhət görmüşdü.

Yenicag.az saytının əməkdaşı ölkə başçısınının çıxışı ilə bağlı Rəşad Sadıqovun fikrini öyrənib. Kapitan saytımıza açıqlamasında prezidentdən bu cür sözləri eşitməyin xoş olduğunu bildirib:

“Dövlətimizin başçısından bu cür sözləri eşitmək mənim üçün çox xoş oldu. Həmin an keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. Prezidentimizin sözlərini milyonlara dəyişmərəm. Sanki həmin vaxt fikirlərimi oxudu. İndi baxaq görək necə olur. Hələ ki, oynamaq üçün gücüm var. Mən də öz növbəmdə əlimdən gələni edəcəm”.

Emin Səfərov

Yenicag.az

www.yenicag.az

1128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv