Ölkə çempionu oldular – 33-cü dəfə

Futbol üzrə Argentina çempionatında da 2017/2018 mövsümün qalibi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, “Boka Xuniors” mövsümün bitməsinə 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.

26-cı turda “Ximnasiya La-Plata” ilə 2:2 hesablı heç-heçə komandanın çempionluğu üçün yetərli olub.

Qeyd edək ki, bu, “Boka Xuniors”un tarixində 33-cü çempionluğudur.

COP29