Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, sentyabrın 10-u saat 21:00-a olan məlumata əsasən, Astara, Lənkəran, Yardımlı, Lerikdə arabir leysan xarakterli yağış yağıb.
Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 26-30 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti sentyabrın 11-i səhərədək davam edəcək.