!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkə iki yerə bölündü – Moldova prezidenti seçkilərdə çətin vəziyyətə düşür

!Reklam – Yazi

Moldovada Avropa İttifaqına (Aİ) daxil olmaq qərarı ilə bağlı referendum keçirilib. Moldova prezidenti Maya Sandunun “görünməmiş” xarici müdaxilələrlə keçdiyini dediyi referendumda 50,17 faiz “lehinə” səslə nəticələnib.

Yenicag.az xəbər verir ki, Sandunun Moldovada Aİ tərəfdarı siyasətinə baxmayaraq, cəmi 0,17 faiz fərqlə Aİ-yə üzvlük prosedurlarına başlamaq qərarı ölkədə böyük hiddətə səbəb olub.

Eyni vaxtda keçirilən prezident seçkilərində Sandu 42 faiz, onun ən böyük rəqibi, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 26 faiz səs toplayıb və bu, noyabrın 3-də iki namizəd arasında ikinci turda gərgin mübarizəyə səbəb olub.

Sandu referendumda “hə” səsini alıb ki, bu da ölkəsinə “Kreml oxundan çıxmağa və Aİ-nin tərəfinə keçməyə” imkan verəcək. Lakin bu cüzi səs fərqi ilə qələbə prezidenti ikinci tur üçün daha çətin vəziyyətə salır.

Sandu ölkəsini 2030-cu ilə qədər Aİ-yə tam şəkildə daxil etməyi planlaşdırır. O, 2020-ci ildə seçiləndən bəri Aİ-yə meylli siyasət yürüdür. Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi prezidentin Aİ-yə yaxın siyasətini daha da gücləndirib.

Sandunun əsas rəqibi Stoyanoqlo deyib ki, o, hakimiyyətə gələrsə, Aİ, Rusiya, ABŞ və Çinlə münasibətləri özündə birləşdirən “balanslaşdırılmış” xarici siyasət hazırlayacaq. Bazar günü keçirilən referendumu boykot edən Stoyanoqlo bunu Sandunun seçkilərdə səslərini artırmaq üçün istifadə etdiyi taktika kimi qiymətləndirib.

Bazar ertəsi səhər Moldova vətəndaşlarına müraciət edən Sandu “düşmən xarici qüvvələrlə” işləyən “cinayətkarların” pul qarşılığında 300 min səs almağa çalışdıqlarını iddia edib. Sandu hadisəni “görünməmiş saxtakarlıq” adlandırıb.

“Xarici təsir qruplarına bağlı cinayətkarlar on milyonlarla avro rüşvət, yalan və təbliğatla ölkəmizə hücum edib, vətəndaşlarımızı və millətimizi qeyri-müəyyənlik və qeyri-sabitlik içində saxlamaq üçün ən biabırçı vasitələrdən istifadə ediblər”, Sandu bildirib. Sandu Rusiyanın seçkilərə şəxsən müdaxilə etdiyini deyib.

Sandu hökumətini “rusofobiya”da ittiham edən Rusiya müdaxilə iddialarını rədd edib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv