Ölkə prezidenti ata oldu – 69 yaşında

Finlandiya prezidenti Sauli Niinistyo ata olub.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, xoş xəbəri 69 yaşında alıb.

İkinci dəfə ata olan Niinistyonun oğlan övladı dünyaya gəlib.

Qeyd edək ki, Niinistyo xanımı Haukio ilə 2009-cu ildə ailə qurub. Onun birinci arvadı 1995-ci ildə yol qəzasında ölüb.