Rumıniya prezidenti Klaus Yohannis dilinin bəlasına düşüb.
Yenicag.az xəbər verir ki, o, məhkum olunmamış şəxslərlə bağlı açıqlama verərkən “cinayətkar” sözünü işlətdiyinə görə cərimələnib. Bu barədə Milli Şiuranın mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkə başçısına buna görə 2000 leev (təxminən 510 dollar) cərimə kəsilib.