!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ölkə rəhbərliyi, Milli Məclis, Azərbaycan xalqı əmin olsun ki...” – Məzahir Pənahov

!Reklam – Yazi

“Sizi əmin edirəm ki, MSK-nın fəaliyyəti Azərbaycan dövlətçiliyi və Azərbaycan xalqının maraqlarını gözləmək şərtiylə atılan addımlardan ibarət olacaq”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri və əvəzedici üzvlərinin seçilməsi məsələsinin müzakirəsində çıxış edən MSK üzvlüyünə təsdiqlənən Məzahir Pənahov bildirib.

Məzahir Pənahovun sözlərinə görə, MSK-nın bundan sonraki fəaliyyətində də qanunvericilik və dövlətçiliyin maraqları əsas hədəf kimi nəzərə alınacaq:

“Digər sahələrdə olduğu kimi, seçkilər məsələsində də ölkəmizdə böyük nailiyyətlər əldə olunub. Bu nailiyyətlər hər şeydən əvvəl Azərbaycanın ictimai və siyasi sabitliyi ilə bağlıdır. Digər tərəfdən hüquqi bazanın yaradılması ilə əlaqədardır. Seçkilərin demokratik və şəffaf keçirilməsi üçün müvafiq tələblərə cavab verən hüquqi addımlar atılıb. Çünki Mərkəzi Seçki Komissiyası daxil olmaqla, 30 ildən artıq vaxtda çalışan seçki komissiyası üzvlərinin öz fəaliyyətləri yaradılan nümunəvi şəraitlə əlaqədardır. Bütün bu faktorlar, Azərbaycan seçicilərinin konstitusion hüquqlarının qorunması ölkə başçısının daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Buna görə ölkə başçısına minnətdarlığımı bildirirəm. Həm ölkə rəhbərliyi, həm Milli Məclis, həm də Azərbaycan xalqı əmin olsun ki, məsuliyyətimizi həmişəki kimi çox dəqiq başa düşürük”.

Gülşən Şərif

www.yenicag.az

381
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv