2019-cu ildə respublikanın regionlarında 61 yaşayış məntəqəsinin və 31 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulurdu.
Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qazlaşma proqramı 14 227 fərdi yaşayış evini əhatə edib. Bakı şəhəri üzrə 2019-cu ildə 1-ci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb. Proqrama 4 607 fərdi yaşayış evi daxildir. Həmin massivlərdən 6-da qazlaşma işləri tamamlanaraq təbii qaz verilişi həyata keçirilib. Digər massivlərdə işlər 2020-ci ilin I rübündə tamamlanacaq. Beləliklə, ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96%-ə çatıb.