Ölkədə 2098 sayda insan alveri qeydə alındı

17 il ərzində 2098 sayda insan alveri qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanov İnsan Alverinə qarşı mübarizə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı təşkil olunan dəyirmi masada deyib.

O bildirib ki, 617 nəfər cinayət məsuliyyətinə cəlb edilib.