!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ölkədə 221 min iş yeri açılıb" - Ombudsmanın hesabatı

!Reklam – Yazi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova çıxış edib.

Yenicag.az xəbər verir ki, Süleymanova öz məruzəsində 2017-ci ildə insan hüquqları sahəsində vəziyyəti geniş şərh edib.

O qeyd edib ki, ölkə həyatının bütün sahələrində dinamik inkişaf qeydə alınıb. O cümlədən insan hüquqlarının qorunması sahəsində irəliyə doğru ciddi addımlar atılıb. Ombudsmanın sözlərinə görə, ötən il ölkədə yeni iş yerlərinin açılması və əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində ciddi işlər görülüb.

Süleymanovanın məlumatına görə ötən il ölkədə 221 min iş yeri açılıb. Onlardan 179 mini daimi iş yeridir.

Araz Zeynalov

www.yenicag.az

3984
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv