Ölkədə 7 dini qurum ləğv edildi

Dini qurumların dövlət qeydiyyatına alınmasının statistikası açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu statistikanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda çıxışı zamanı açıqlayıb.

Sədr müavini 2009-cu illə müqayisədə 2023-cü ildə qeydiyyatalınmanın iki dəfə çox olduğunu qeyd edib:

“2017-ci ildə bu göstərici 760, 2019-cu ildə 940 olub. 2023-cü ildə isə dövlət qeydiyyatına alınan dini qurum sayı 1002-dir”.

Gündüz İsmayılov ləğv edilən dini qurumların sayının 7 olduğunu diqqətə çatdırıb:

“958 İslam, 37 qeyri-islam təmayüllü dini qurum var”.

COP29