Ölkədə bir ildə qeydə alınan abortların SAYI

Azərbaycanda bir ildə qeydə alınan abortların sayı açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, 2020-ci ildə ölkədə 34719 abort qeydə alınıb. Onların da 777-si və ya 2,2 faizi – ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib.

2020-ci ildə hər 1000 fertil yaşda olan qadına 13,3 abort düşüb.

Rəsmi məlumatda yaş qrupları üzrә abortların sayına da aydınlıq gətirilib.

Belə ki, ötən il 15-17 yaşında olan qadınlar 29 dəfə abort üçün müraciət edib.

18-19 yaşlı qadınlar arasında aborta getmək 1270 dəfə olub.

20-24 yaşlı qadınlar arasında 7552, 25-29 yaşlı qadınlar arasında 10993, 30-34 yaşlı qadınlar arasında 9445, 35 yaşdan yuxarı olanlar arasında isə 5430 abort qeydə alınıb.