Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 197 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 451, üç və daha çox doza vaksin vurduranların sayı 2 170, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 228 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 698 183, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 344 904, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 845 785, üç və daha çox doza vaksin vurduranların sayı 3 263 579, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 243 915 təşkil edir.