Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Ölkədə bu idman növünə böyük maraq yaranıb”

Reklam: High Technic

adileliyevesasefg2

Adil Əliyev: “İspaniyada keçiriləcək yarışdan yaxşı nəticələr gözləyirik”

Xəbər verildiyi kimi, İspaniyanın San Sebastian şəhərində 22-30 avqust 2015-ci il tarixində kikboksinq üzrə yeniyetmələr və gənclər arasında Avropa Birinciliyi keçiriləcəkdir.

Xatırladaq ki, yarışda ölkəmizi gənc kikboksçularımız təmsil edəcəklər. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev açıqlamasında yarışa hazırlığın yüksək səviyyədə davam etdiyini bildirib.

“Federasiyanın ən təcrübəli məşqçiləri tərəfindən kikboksçuların hazırlıq məşqləri davam etdirilir. Güclü idmançılardan ibarət komanda heyətimiz var. Hazırda idmançılarımız arasında böyük ruh yüksəkliyi mövcuddur. Biz bunu məşqlər zamanı müşahidə edirik. Bu gedişatla yarışdan böyük uğurlar gözləyirik və inanırıq ki, nəticələr istədiyimiz kimi olacaq”,- deyə millət vəkili qeyd edib. Millət vəkili Avropa Oyunlarından sonra olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinə də böyük marağın yarandığını söyləyib: “Düzdür, kikboksinq qeyri-olimpiya növünə daxildir, buna baxmayaraq, ölkədə bu idman növünə böyük maraq yaranıb. Ümumiyyətlə, Avropa Oyunlarının ölkədəki bütün idman növlərinin inkişafına böyük təsir göstərdiyi şübhəsizdir. Sıralarımız hər gün genişlənir. Bu gün federasiyanın minlərlə üzvü var. Klublarımızın fəaliyyəti artmaqdadır”,-deyə Adil Əliyev əlavə edib.

 

www.yenicag.az

294