!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ölkədə Fövqəladə hal elan olunmalıdır” – Koronavirusa qarşı SƏRT TƏDBİR ÇAĞIRIŞI

!Reklam – Yazi

“Xəstəxanalar qruplara bölünməli, yeni yoluxan xəstələrlə köhnə xəstələr fərqli şöbələrdə yerləşdirilməlidirlər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus təhlükəsinin böyüməməsi üçün ölkədə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin daha da sərtləşdirilməsi zərurətindən danışan uroloq-androloq Araz Bayramov bildirib.

Mütəxəssisin sözlərinə görə, koronavirus pandemiyasının qarşısını almaq və vətəndaşların sağlamlığını qorumaq üçün bütün zəruri addımlar atılmalıdır:

“İcra hakimiyyəti strukturları və millət vəkilləri işçi qrup yaradaraq, təmsil etdikləri rayonların əhalisinə yönəlik rapid-test keçirməlidirlər. Evdən çıxan, toplaşan insanlar cərimələnməlidirlər.

Fransada analoji qaydaları pozan şəxslər min avro məbləğində cərimələnirlər. Hindistanda polislər küçəyə çıxan vətəndaşları rezin dəyənəklə döyürlər. Xəstəxanalar qruplara bölünməli, yeni yoluxan xəstələrlə köhnə xəstələr fərqli şöbələrdə yerləşdirilməlidirlər. Özəl klinikaların da bu prosesdə yaxından iştirakı üçün onlara müraciət olunmalıdır.

Həkimlərdən ibarət işçi qrup yaradılmalı və xəstələrin müalicəsi üçün fərqli üsullardan imtina edilməlidir. Nəzərə alaq ki, bu xəstəlik bir il müddətində zəncirvari şəkildə yayılacaq.

Ona görə də, virusun yayılmaması və böhrandan çıxmaq üçün evdə qalmaq və təmaslardan yayınmaq vacibdir. Ən doğrusu isə ölkədə Fövqəladə hal elan olunması və insanların küçəyə çıxmalarının məhdudlaşdırılmasıdır”.

Gülşən Şərif

www.yenicag.az

1175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv