!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ölkədə həyata keçirilən köklü islahatlar Naxçıvanda da davam etdirilməlidir” – REAKSİYA

!Reklam – Yazi

“Muxtar Respublikada idarəetmənin artıq ölkənin mövcud reallıqlarına uyğunlaşdırılması zəruridir”.

Bu fikirləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasında (MR) gerçəkləşdirdiyi əməliyyatdan sonra MR-da zəruri islahatlar aparılmasının vacibliyinə toxunan politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin yaratdığı yeni şəraitə uyğun olaraq, Naxçıvan MR-də də islahatların həyata keçirilməsi zəruridir:

“Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikasının coğrafi şəraiti, onun blokada şəraitində qalması və başqa obyektiv amillər səbəbindən orada uzun müddət spesifik idarəetmə sisteminin formalaşmasını şərtləndirib.

Lakin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin yaratdığı yeni şəraitə uyğun olaraq, Naxçıvanda da dəyişikliklərin həyata keçirilməsi, idarəetmədə fərqli prinsiplərin tətbiqi zəruridir.

O baxımdan, Muxtar Respublikada idarəetmənin artıq ölkənin mövcud reallıqlarına uyğunlaşdırılmasının zamanıdır. Ölkədə həyata keçirilən köklü islahatlar Naxçıvanda da davam etdirilməlidir. Biz bunun əlamətlərini artıq görməkdəyik. Məlum tədbirlərdən sonra Naxçıvanda DTX, gömrük və maliyyə sistemlərində artıq dəyişikliklər baş verib. Yəqin ki bu addımlar bütün sahələrin əhatə olunması ilə ardıcıl qaydada davam etdiriləcək”.

A.Zeynalov

www.yenicag.az

405
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv