!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ölkədə internet PROBLEMİ: "2023-cü ilin sonunadək..." - Osman Gündüzdən PROQNOZ

“2023-cü ilin sonunadək bütün ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq problemi öz həllini tapacaq”.

Yenicag.az xəbər verir ki, bunu Bakı kəndlərində genişzolaqlı internet çəkilişi üçün elektrik dirəklərindən istifadəyə başlanılmasını dəyərləndirən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Osman Gündüz qeyd edib ki, dirəklər müasir və dayanıqlı olarsa, naqillər isə keyfiyyətli və standarta cavab verərsə, bu məsələdə ciddi uğur qazanmaq olar. Lakin kənd və qəsəbələrdəki bəzi sıradan çıxmış və ömrünü tamamlamış dirəklər üzərindəki internetin dayanıqlığından danışmaq doğru olmaz:

“Hazırda elə fiber optik kabellər var ki, onlar da daha keyfiyyətli və daha dayanıqlıdır. Hər iki infrastrukturda elektrik enerjisi və internet texnologiyalarında müasir standartlar gözlənilərsə, bu halda ölkə üzrə daha sürətli formada keyfiyyətli internet sistemi qurula bilər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) bu prosesi sürətləndirmək üçün həyata keçirdiyi daha bir yenilik regionlarda GPON xətlərin yerin altı ilə deyil, yerin üstü ilə xüsusi dəmir dirəklər vasitəsilə aparılmasıdır. Ənənəvi yanaşmalardan fərqli olan bu üsul da fiberoptik xətlərin çəkiliş proseslərini xeyli sürətləndirəcək.

Keyfiyyətli və dayanıqlı internet infrastrukturu məsələsində müsbət rol oynayacaq digər vacib məqamlara gəlincə, qlobal peyk operatorlarının (Starlink, OneWeb) imkanlarından istifadə, dövlət səviyyəsində təsdiqlənən Xəzərin dibi ilə Qazaxıstan və Türkmənistan istiqamətinə çəkiləcək “TransXəzər” fiberoptik magistralın nə zaman reallaşacağı ilə bağlı rəsmi açıqlamalar hələlik yoxdur. Ümumilikdə 2023-cü ilin sonunadək bütün ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq problemi öz həllini tapacaq”.

Gülşən Şərif

www.yenicag.az

175
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100