Cari ilin yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 20,1 min nəfər olub, onların 37,2%-ni qadınlar təşkil edib.
Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, işsizlikdən sığorta ödənişinin orta məbləği 196,0 manat olub.
Məşğulluq xidməti orqanları tərəfindən işsiz statusu verilən şəxslərin bölgələr üzrə sayına gəlincə, paytaxt Bakı bu siyahıda birincidir. Belə ki, Bakıda işsiz statusu olan şəxslərin sayı 9 243-dür.
Daha sonra Aran iqtisadi rayonu üzrə 3 221, Abşeron iqtisadi rayonu üzrə 1 761, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1 326, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 1 185, Lənkəran iqtisadi rayonu üzrə isə 896 nəfər işsiz statusu olan şəxslərdir.