!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədə istehsal edilən bu qədər maşın anbarda qaldı

!Reklam – Yazi

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1210 ədəd minik avtomobilləri istehsal edilib (yığılıb).

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobillərinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 270 ədəd və ya 28,7% artıb.

01.08.2022-ci il vəziyyətinə görə hazır məhsul ehtiyatı 301 ədəd təşkil edib.

Cari ilin 7 ayı ərzində Azərbaycanda 303 ədəd traktor istehsal edilib. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 25.6 faiz azalıb. 01.08.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 29 ədəd təşkil edib.

Qeyd edək ki, Azərbaycanda yığılan minik avtomobillərinin böyük hissəsi dövlət tərəfindən alınır. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslər, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər və Çernobıl əlilləri minik avtomobilinə tibbi göstəriş olduğu hallarda dövlət hesabına minik avtomobilləri ilə təmin olunurlar.

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv