Yeni il ölkəmizdə xüsusi təmtaraqla qeyd olunur desək, yanılmarıq.
Ölkəmizdə pirotexniki vasitələrin istifadəsinin qadağan olunmasına baxmayaraq, hər yeni il ərəfəsində Bakını barıt qoxusu bürüyür.
Bu, hər nə qədər bayram ab-havası yaratsa da, insanların rahatlığını pozmaqla yanaşı, azyaşlıların həyatı üçün ciddi təhlükəyə çevrilir.
Yenicag.az xəbər verir ki, artıq Bakının müxtəlif ərazilərində pirotexniki vasitələrin satışına start verilib.
İstər səyyar şəkildə, istərsə də, internet üzərindən partlayıcı maddələrin satışı həyata keçirilir.
İş burasındadır ki, xaricdə istehsal olunan pirotexniki vasitələrin ölkəmizə gətirilməsi də qadağan edilib. Belə olan halda maraqlıdır, əgər gömrükdə bu vasitələr müsadirə edilirsə, bəs, satışa necə yol tapır?
Məsələ ilə bağlı Yenicag.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin iki variantı var:
Mövcud problemlə əlqədar Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovla da danışmaq istədik. Əlaqə saxladığımız qurum rəsmisi zəngimizə cavab vermədi.
Emin Səfərov