Ölkədə koronavirusdan vəfat edənlərin yaş həddi – RƏSMİ AÇIQLAMA

Qadınlar arasında koronavirusa yoluxma üstünlük təşkil edir.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O, son statistikanı açıqlayıb:

“Vəfat edənlərin 43 faizi 60-69 yaş arası, 14 faizi 70-79 yaş arası, 14 faizi 80 yaşdan yuxarı olan xəstələrdir. Bundan əlavə, 50-59 yaş arasında yoluxanlar arasında 25 faiz xəstə, 40-49 yaş arasında isə bir nəfər vəfat edib”.

Cəvahir