Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ölkədə körpə ölümlərinin dəhşətli statistikası: Bakı yenə öndədir

1 yaşadək körpələr arasında ölüm halları artıb ki, bu da daha çox Bakının payına düşür.

Trend-in statistik göstəricilərə istinadən apardığı araşdırmaya görə, 1958-ci ildən başlayaraq 2006-cı ilədək ölkədə 1 yaşadək olan körpə ölümü şəhərlərdə kənd yerlərinə nisbətən daha aşağı olub. Lakin son illərdə bu göstəricidə mənfi mənada liderlik şəhərlərin əlinə keçib. Belə ki, 2016-cı ildə Azərbaycanda 1 yaşadək 1666 uşaq dünyasını dəyişib ki, onların 1380-i şəhər, 286-ı isə kənd yerlərində ölüb. 2015-ci ildə isə 1602-i şəhər, 431-i kənd yerlərində olmaqla, ümumilikdə 2033 nəfər 1 yaşadək uşaq dünyasını dəyişib. Statistik məlumatlardan aydın olur ki, körpə ölümü daha çox Bakı şəhərinin, ardınca da Aran iqtisadi rayonunun payına düşür.

2016-cı ildə Bakıda 517, Aran iqtisadi zonasında isə 345 nəfər 1 yaşadək olan körpə dünyasını dəyişib.
Maraqlıdır, 1 yaşadək olan körpə ölümlərində şəhərin, əsasən də paytaxtın xüsusi yer tutmasına səbəb olan amillər hansılardır?

Ölkənin baş pediatoru Nəsib Quliyev Yenicag.az-a açıqlamasında bildirdi ki, 1 yaşadək körpələr arasında ölüm hallarının daha çox şəhərlərin payına düşməsi heç də Bakı da daxil olmaqla şəhərlərin kənd yerlərinə nisbətən sağlamlıq baxımından geri qalmasının nəticəsi deyil.

Həmsöhbətimiz qeyd etdi ki, bu statistikada şəhərdəki uşaq ölümlərinin statistikasının yüksək olması valideynlərin uşaqlarını yüksəkixtisaslı tibbi yardım almaları üçün əsasən Bakıya və digər şəhərlərə gətirməsindən, nəticədə də ölüm hallarının daha çox şəhər reanimasiya mərkəzlərində qeydə alınmasından irəli gəlir:

“Məhz bu amilin nəticəsi olaraq, statistik göstəricilərdə 1 yaşadək olan uşaqlar arasında ölüm hallarının daha çox şəhərlərin, əsasən də paytaxtın payına düşdüyünü görürük. Yəni qeyd etdiyiniz statistikada göstərilən miqdar real olaraq şəhərdəki uşaqların kənd yerlərinə nisbətən daha çox tələf olduğunu deməyə əsas vermir. Həmin 1 yaşadək ölən uşaqların ünvanlarını dəqiqləşdirməklə bu sahədə bölgələr üzrə faiz nisbəti vəziyyətinin necə olduğunu dəqiqləşdirmək mümkündür”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

500
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM