!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədə qaz və işıq problemi var? - Rəsmi açıqlama

!Reklam – Yazi

Dövlət qurumları qarlı hava şəraiti ilə əlaqədar bəzi bölgələrdə təbii qazın və elektrik enerjisinin verilişində problemlərin olması ilə bağlı məlumatlara aydınlıq gətirib.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbaliyev AzVision.az-a bildirib ki, ölkədə müşahidə edilən qarlı və şaxtalı hava şəraiti təbii qazın verilməsində problem yaratmayıb.

“Əhali təlabata uyğun olaraq mavi yanacaqla təmin olunur. Ötən günlərə nəzər salsaq, bu gün təbii qazın verilişində 1 milyon 150 min kubmetr artım var ki, bu da əhalinin təbii qaza olan təlabatıdır. Qəza şəraiti baş verdiyi zaman “Azəriqaz” İstehsalat Birliyinin təmir tikinti heyət dərhal müdaxilə problemi aradan qaldıracaq”.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də əhaliyə verilən elektrik enerjisi ilə bağlı problemin olmadığını deyib.

“Bakı şəhəri və rayonlar elektrik enerjisi ilə tam təmin olunub. Bu, payız-qış mövsümü ilə bağlı görülən hazırlıq işləri ilə bağlıdır. Şikayətlər yoxdur. Fərdi qaydada olan şiakyətlər isə tez zamanda aradan qaldırılır”.

Yenicag.az

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv