Ölkədə qızıl-gümüş bazarında qiymətlər ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, fevralın 28-də qızılın qiyməti fevralın 27-i ilə müqayisədə 15,4445 manat azalaraq 1 unsiya üçün 2242,1215 manat təşkil edib.

Gümüş 0,2413 manat ucuzlaşaraq 1 unsiya üçün 26,7796 manata bərabər olub.

Platinin qiyməti 6,545 manat artaraq 1473,56 manat, palladiumun qiyməti isə 39,95 manat azalaraq 2603,0995 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/