Ölkədə qızıl və gümüş bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Yenicag.az-ın məlumatına görə, mayın 7-də qızılın qiyməti mayın 6-ı ilə müqayisədə 0,5865 manat artaraq 1 unsiya üçün 2180,5475 manat təşkil edib.

Gümüş 0,0905 manat bahalaşaraq 1 unsiya üçün 25,3462 manata bərabər olub.

Platinin qiyməti 33,983 manat artaraq 1500,386 manat, palladiumun qiyməti isə 15,1725 manat azalaraq 2293,1895 manat təşkil edib.