Ölkədə qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenicag.az-ın məlumatına görə, mayın 20-də qızılın qiyməti mayın 17-i ilə müqayisədə 17,06 manat azalaraq 1 unsiya üçün 2169,999 manat təşkil edib.

Gümüş 0,1755 manat ucuzlaşaraq 1 unsiya üçün 24,5466 manata bərabər olub.

Platinin qiyməti 12,138 manat azalaraq 1400,069 manat, palladiumun qiyməti isə 18,241 manat azalaraq 2244,4165 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.