Ölkədə qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenicag.az-ın məlumatına görə, mayın 1-də qızılın qiyməti aprelin 30-u ilə müqayisədə 5,6015 manat azalaraq 1 unsiya üçün 2176,374 manat təşkil edib.

Gümüş 0,0743 manat ucuzlaşaraq 1 unsiya üçün 25,3645 manata bərabər olub.

Platinin qiyməti 21,4285 manat azalaraq 1506,4295 manat, palladiumun qiyməti isə 2,295 manat artaraq 2345,048 manat təşkil edib.