Ölkədə son sutkada peyvənd olunanların sayı açıqlandı – FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 409 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 127, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 908, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 160 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 839 106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 370 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 674, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı3 352 155, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 257 134 nəfər təşkil edir.