!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ölkədə sosial-iqtisadi islahatların növbəti mərhələsi başlayıb” – Millət vəkilindən DƏYƏRLƏNDİRMƏ

!Reklam – Yazi

Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması 2019-cu ilin sürətli iqtisadi inkişaf ili olmasına zəmin yaradıb. Cari ilin birinci yarısının sosial-iqtisadi yekunları isə bir daha təsdiq etdi ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişafdadır.

Yenicag.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

“Xüsusilə də qeyri-neft sektorundakı artım tempi bu sahənin inkişafı istiqamətində həyata keçirilən siyasətin uğurlu olmasından xəbər verir. Son altı ay ərzində iqtisadiyyatın 2,4 faiz, qeyri-neft sektorunun 3,2 faiz, qeyri-neft sənayesinin 15,7 faiz artması, kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının dayanıqlı şəkildə inkişafı, ticarət dövriyyəsinin 20 faizdən çox artması təqdirəlayiq haldır. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulması da yaxşı göstəricilərdəndir.

Dövlətimizin başçısı İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik”,- deyə deputat vurğulayıb.

O qeyd edib ki, 2019-cu ilin fevralında Prezident İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədən sonra ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət etdi. Uğurlu sosial islahatlar proqramı əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verdi. Problemli kreditlərin həlli istiqamətində məlum sənəd imzalandı, maaşlar, pensiyalar, minimum əməkhaqqı, sosial müavinətlər artırıldı. Bundan sonra ölkədə sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələ başlanıldı. İyulun 31-də keçirilən müşavirə isə bir çox ciddi məsələlər müzakirə və təhlil olundu, dövlətimizin başçısı tərəfindən mühüm tapşırıqlar, göstərişlər verildi. Mühüm tapşırıqlardan biri daimi iş yerlərinin yaradılması ilə bağlı olub. Prezident İlham Əliyev qeyd edib ki, sosial infrastrukturun yaradılması ilə məşğul olmalıyıq, nəqliyyat sahəsində əlavə tədbirlər görülməlidir ki, artan əhali, vətəndaşlar özlərini rahat hiss etsinlər, işlə təmin olunsunlar.

Bildirilib ki, son aylarda ölkədə süni qiymət artımı hallarının müşahidə olunması da müşavirədə diqqət mərkəzində olub. Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı süni qiymət artımı hallarının qarşısının alınması ilə bağlı müvafiq qurumlara məsələ ilə ciddi məşğul olmalarını bildirib. Dövlətimizin başçısının humanizmi, xalqın arzu və istəklərini reallaşdırması əhalinin rifah halının daha da yüksəlməsinə müsbət töhfələrini verir. Hər bir Azərbaycan vətəndaşı da dövlət rəhbərinin daim xalqının yanında olmasını, iqtisadi inkişafın müsbət nəticələrini öz həyatında hiss edir.

www.yenicag.az

2643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv