Ölkədə sürücülük vəsiqəsi alan qadınların sayı artdı

Azərbaycanda nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayı ildən-ilə artır.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2020-ci ildə 7,5 faizədək artıb.