!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədə uşaqlar arasında yeni virus yayıldı

!Reklam – Yazi

viruss“Məktəb və bağçalara bununla bağlı tapşırıq verilib”

“Bir həftəyə yaxındır ki, xəstəlik uşaqlarımdan əl çəkmir. Əvvəlcə qızım xəstələndi. Sahə həkimin yazdığı müalicəyə baxmayaraq, qızdırması üç gün düşmədi, antibiotik vurdurduqdan sonra uşaq özünə gəldi. Oğlumu nə qədər qorusam da, o da xəstələndi. Onun xəstəliyi daha ağır keçdi. Bilmirəm balaca, ya zəif olduğundandır, oğlumun qarnı getdi, bir gecə səhərə kimi qaytardı, səhər dərhal həkim çağırdım, dərman yazdı, uşağın bağırsaqları nisbətən düzəldi”.

Bunu ANS PRESS-ə iki uşaq anası Aygül Kərimova deyib. Onun sözlərinə görə, qızı bu xəstəliyi bağçada tutub. Vəziyyətləri düzəlməyinə baxmayaraq, hər iki uşağın müalicəsi davam edir. Təssüf ki, bu uşaqlar arasında yayılan xəstəliklə bağlı edilən yeganə şikayət deyil. Son zamanlar uşaqlar arasında yayılan bu kimi hallar dünyada hər gün neçə-neçə insanın ölümünə sbəb olan “donuz qripi” virusu qorxusunu artırıb.

Nəsimi rayon 12 saylı uşaq poliklinikasının baş həkimi Rəna Quliyeva faktı təsdiqlədi. Onun sözlərinə görə, son bir neçə həftədə uşaqlarla bağlı çağırışların sayaında artım olduğunu deyir. “Çox uşaqlarda da qızdırma, ishal halları müşahidə olunur. Amma biz dərhal onların virusa tutulub-tutulmadığını da deyə bilmirik. Çünki qaytarma, ishal halları dərman zəhərlənməsi zamanı da müşahidə oluna bilər. Ona görə tam bunu bilmək üçün uşaqdan analiz götürülür. Uşağın vəziyyəti çox ağır olarsa, onu dərhal bizim üçün ayrılmış Nərimanov rayonundakı 7 nömrəli stasionar xəstəxanasında yerləşdiririk”, – deyə baş həkim vurğulayıb.

Baş həkimin sözlərinə görə, bu cür hallar yanvar-fevral aylarında həmişə müşahidə olunur. Ona görə məktəb və bağçalara bununla bağlı tapşırıq verilib. Əgər hər hansı bir uşaq asqırar və ya öskürərsə, onu dərhal dərsdən kənarlaşdırırlar. Səhiyyə Nazirliyi K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsində işləyən Nəsib Quliyev də uşaqlar arasında yayılan bu xəstəliyin mövsümü xarakter daşıdığını deyir. Həkimin sözlərinə görə, yayılan bu xəstəliklər kəskin respirator viruslardır. Onların müxtəlif növləri var, “rota”, “adena”, “rina”, “qrip” və s. “Rota” virusu tutanların əsas göstəriciləri bunlardır: Bu virus bağırsaqları zədələyir, diareya yaradır.

“Viruslar daha çox ilin soyuq fəslində aktiv olur və keçici xüsusiyyətlərə malikdirlər. Amma bu viruslar qorxulu deyil. Hazırda Səhiyyə Nazirliyi “donuz qripi” ilə bağlı ciddi tədqiqatlar aparır, ölkəmizdə qeyri-adi heç bir xəstəlik müşahidə olunmur”. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva da deyir ki, ölkədə kəskin respirator viruslar aşkar olunur. “Amma indiyədək ölkədə “donuz qripi” aşkarlanmayıb”.

Qış mövsümü ilə əlaqədar yayılan bu virusun qarşısını almaq üçün Səhiyyə Nazirliyi virusu vaxtında aşkar etməli, qabaqlayıcı tədbirlər görməlidir. Bunun üçün bütün tibb müəssisələri, xüsusilə də, uşaq poliklinikaları gücləndirilmiş iş rejimində işləməli və virus təhlükəsinin qarşısını almaq üçün məktəb və bağçalarda, yəni uşaqların kütləvi toplaşdığı yerlərdə mütəmadi dezinfeksiya işləri aparılmalıdır.

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv