Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Yenicag.az xəbər verir ki. bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 839 106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 370 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 674, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 352 155, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 257 134 nəfər təşkil edir.